Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

18 gün sonra Azərbaycan Ermənistanla onun anladığı dildə danışacaq

18 gün sonra Azərbaycan Ermənistanla onun anladığı dildə danışacaq


"Prezident İlham Əliyev son iki ayda həm Qərb, həm də Rusiya platformasında keçirilən görüşlərdən sonra Paşinyanı, eləcə də beynəlxalq ictimaiyyəti xəbərdar etmişdi ki, Ermənistan xoş məram göstərsə və sülh danışıqlarını yenidən uzatmağa çalışmasa, bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər; əks halda, Azərbaycan sonsuzadək səbr nümayiş etdirməyəcək".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə politoloq Elxan Şükürlü çıxış edib. Onun sözlərinə görə, Paşinyan isə bu ayın əvvəlində elan etmişdi ki, o, ilin sonunadək Azərbaycanla sülh müqaviləsi deyil, hansısa “çərçivə sazişi” imzalamağa hazırdır:

"İlin bitməsinə cəmisi 18 gün qalır. Ancaq Ermənistan və Azərbaycan arasında imzalanmaq üçün təklif edilən sənədin mətni hələ razılaşdırılmayıb və Xarici İşlər nazirimiz Ceyhun Bayramovun açıqlamalarından aydın olur ki, danışıqların növbəti mərhələsi “yaxın həftələrdə” baş tutacaq. Rusiyanın vasitəçiliyi ilə Əliyevlə Paşinyanın dekabrın sonunda MDB dövlət başçılarının sammitində yenidən görüşləri də gözlənilir və Vladimir Putin çox maraqlıdır ki, MDB üzvləri olan Azərbaycan və Ermənistan hər hansı bir razılaşma əldə edəcəklərsə, bu, məhz onun meydanında olsun".

Politoloq daha sonra bunları qeyd edib:

"Bu gün Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin bir qrupunun Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlılarının öz missiyasını yerinə yetirmədiyi tələbiylə aksiya keçirməsindən dərhal sonra Putinin Əliyevə və Paşinyana telefon açması və hər iki tərəfdən yayılan rəsmi açıqlamalarda da telefon danışığında 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr, 2022-ci ilin 31 oktyabr tarixlivrazılaşmalarının reallaşdırılmasının müzakirə edildiyinə vurğu edilməsi onun göstəricisidir ki, Paşinyana yenidən zaman qazanmaq haqqı tanınmayacaq və o, qarşıdakı günlərdə son qərarını verməli olacaq. Qarşıda isə 18 gün var... 18 gün sonra Azərbaycan Ermənistanla onun anladığı dildə danışacaq və Ermənistana yerləşdirilmiş Qərb müşahidə missiyası da onun köməyinə yetə bilməyəcək!".

Mehman
Xəbəri paylaş