Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu, sülhməramlılıq yox, özbaşınalıqdır

Bu, sülhməramlılıq yox, özbaşınalıqdır


Ölkəmizin bir qrup ekoloji aktivistlərinin, QHT nümayəndələrinin bu gün Şuşa şəhərinin girişində - Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı “Ekoloji terrora son” şüarı altında etiraz aksiyası keçirməsi tamamilə düzgün addımdır.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov çıxış edib. Partiya sədri bildirib ki, onlar haqlı olaraq Rusiya sülhməramlılarının fəaliyyətsizliyinə, məsuliyyətsizliyinə, səlahiyyət həddlərini aşmasına öz etirazlarını bildirirlər:

"Guya sülhməramlı adlandırılan, amma əslində isə təxribatlara rəvac verən, ermənilərin özbaşınalığına, qanunsuz fəaliyyətlərinə göz yuman Rusiya hərbi kontingenti azərbaycanlı mütəxəssislərə monitorinq keçirməyə qəsdən şərait yaratmır. Ekoloqlarımızın və digər dövlət qurumlarımızın nümayəndələrinin sülhməramlıların müvəqqəti məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaratmaq sülhməramlı kontingentin bilavasitə borcudur".

Əlisahib Hüseynov qeyd edib ki, bizim monitorinq qrupunun başlıca məqsədi sözügedən ərazilərdə yerləşən yataqların separatçılar tərəfindən qanunsuz istismarın dayandırılması, ekoloji çirklənmənin qarşısının alınmasıdır:

"Əgər sülhməramlılar buna şərait yaratmırlarsa bu o deməkdir ki, onlar vəzifələrinin öhdəsindən gələ bilmirlər, adelvat deyillər.
Rusiya sülhməramlılarının Şuşa yolunda etiraz aksiyası keçirən ictimai fəallarımızın üzərinə ağır zirehli texnika ilə gəlməsi sülhməramlılığın çərçivələrini aşır. Bu, sülhməramlılıq yox, özbaşınalıqdır. Görünür biz ruslara sülhməramlılıq dərsi də keçməliyik".

Anar
Xəbəri paylaş