Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib


Energetika naziri Pərviz Şahbazovun sədrliyi, kollegiya üzvlərinin, nazirliyin struktur bölmələri və tabeli qurumların nümayəndələrinin iştirakı ilə cari ilin yekunlarına həsr edilmiş növbəti kollegiya iclası keçirilib.

Newscenter.az-a nazirlikdən bildirilib ki, açılış nitqi ilə çıxış edən kollegiya sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq sahədə qarşıya qoyulmuş tapşırıq və vəzifələrin icrası üzrə həyata keçirilən tədbirlər barədə danışıb. Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda energetika sahəsinin bütün aspektlərinə dair mühüm tədbirlərin nəzərdə tutulduğu bildirilib və bu tədbirlərin icrasına toxunulub.

Sonra iclasın gündəliyinə uyğun olaraq nazirliyin müvafiq struktur bölmələrinin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin çıxışları dinlənilib. Sahə üzrə mövcud qanunvericilik aktları, nazirliyin daxili əmrləri və digər normativ hüquqi aktlar çərçivəsində yerinə yetirilmiş tədbirlər nəzərdən keçirilib, əldə olunmuş nəticələr və növbəti addımlar haqqında fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2023-cü il üçün İş Planı” layihəsi nəzərdən keçirilib, layihə üzrə səsləndirilən rəy və təkliflər nəzərə alınmaqla İş Planının təsdiq edilməsinə dair qərar qəbul edilib.

İclasın sonunda kollegiya sədri müzakirə edilən məsələlərə dair atılacaq addımlar, növbəti ildə qarşıda duran vəzifələr və bu vəzifələrin səmərəli icrası üzrə müvafiq tapşırıqlar verib.

Sevinc
Xəbəri paylaş