Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncə şəhəri Nizami bələdiyyəsi “Şərq Tərəfdaşlığı Regionunda Merlər Razılaşmasının 10-cu ildönümü” adlı konfransa dəvət edilib

Gəncə şəhəri Nizami bələdiyyəsi “Şərq Tərəfdaşlığı Regionunda Merlər Razılaşmasının 10-cu ildönümü” adlı konfransa dəvət edilib


Merlər Razılaşması təşəbbüsünə qoşulan Gəncə Şəhər Nizami Bələdiyyəsi, Aİ tərəfindən maliyyələşdirilən Merlərin Razılaşması – Şərq Tərəfdaşlığı (ŞT-Şərq) layihəsi çərçivəsində 29-30 Dekabr tarixlərdə Tbilisi şəhərində təşkil olunan “Şərq Tərəfdaşlığı Regionunda Merlər Razılaşmasının 10-cu ildönümü” adlı konfransa dəvət edilib.

Newscenter.az xəbər verir ki, Gəncə Şəhər Nizami Bələdiyyəsini nümayyəndəsi və Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planının (SECAP) hazırlanması məqsəd ilə yaradılan işçi qrupun rəhbəri kimi Leyla Məmmədova Gəncə şəhəri haqqında və SECAP-ın hazırlaması barədə ətraflı məlumat verib.

Konfransda Azərbaycan (Şəki, Içərişəhər, Xırdalan, Mingəçevir bələdiyyələrin nümayəndələri), Gürcüstan, Moldova, Ukrayna, Ermənistan və Aİ üzv olan digər ölkələrinin 200 nəfərdən çox yerli özünüidarəetmə və hakimiyyət orqanlarının nümayyəndələri iştirak ediblər.

Qeyd edək ki, Aİ İqlim və Enerji üzrə Merlər Razılaşması təşəbbüsü Avropa Komissiyası tərəfindən dayanıqlı enerji siyasətinin hazırlanması və həyata keçirilməsində yerli özünüidarəetmə orqanları tərəfindən göstərilən səylərin dəstəklənməsi məqsədi ilə irəli sürülüb.

Merlər Razılaşmasının əsas hədəfləri enerji səmərəliliyi tədbirlərini həyata keçirmək, bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməklə istilik effekti yaradan qaz emissiyalarını azaltmaq, iqlim dəyişikliklərinə uyğunlaşmada dözümlülüyü artırmaq, bələdiyyələr, yerli və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığı gücləndirmək, eləcə də təhlükəsiz, dayanıqlı və etibarlı enerjiyə əlçatanlığı təmin etməkdir.

Anar
Xəbəri paylaş