Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MDB-yə üzv ölkələrin İstehlakçı hüquqlarının qorunması üzrə Məşvərətçi Şurasının 19-cu iclası keçirilib

MDB-yə üzv ölkələrin İstehlakçı hüquqlarının qorunması üzrə Məşvərətçi Şurasının 19-cu iclası keçirilib


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin İstehlakçı hüquqlarının qorunması üzrə Məşvərətçi Şurasının 19-cu iclasında iştirak edib.

Newscenter.az-a Xidmətdən bildirilib ki, iclasda MDB-yə üzv dövlətlərdə elektron ticarət sahəsində istehlakçı hüquqlarının müdafiəsi və internet vasitəsilə malların satışına dair məsələlər müzakirə edilib. Tədbirdə istehlakçı hüquqlarının müdafiəsi sahəsində fəaliyyət planları və onların tətbiqi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Sevinc
Xəbəri paylaş