Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Silahlı Qüvvələrin yaranma tarixi Heydər Əliyevin adı ilə sıx bağlıdır

Silahlı Qüvvələrin yaranma tarixi Heydər Əliyevin adı ilə sıx bağlıdır


Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. Şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz əhəmiyyət daşıyır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranma tarixi də ümummili liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır:

"Müasir Azərbaycan Silahlı Qüvvələrinin memarı olan H.Əliyevin ordu quruculuğu sahəsində atdığı addımlar, o cümlədən Orduya peşəkarların cəlb edilməsi, milli kadrlara mailk pilləli hərbi təhsil müəssisələrinin yaradılması, Xüsusi Təyinatlı Qüvvələrin formalaşdırılması, Silahlı Qüvvələrin təchizatının yaxşılaşdırılması üçün həyata keçirdiyi fəaliyyətlər, rəhbərlik etdiyi "Horadiz" əməliyyatı ilə başlayan Zəfər tariximiz, sonunda Azərbaycanın işğal altında olan ərazilərinin düşməndən təmizlənməsi ilə nəticələndi. Allah rəhmət eləsin, qəbri nurla dolsun!".

Anar Əliyev
Xəbəri paylaş