Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın həyata keçirdiyi ixrac kəmərləri Orta Asiya üçün nəfəslik rolunu oynayır

Azərbaycanın həyata keçirdiyi ixrac kəmərləri Orta Asiya üçün nəfəslik rolunu oynayır


Dekabr ayının 14-də Türkmənbaşıda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli Zirvə görüşü baş tutdu. Görüşün yekunu olaraq,

-Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş,
-2023-2025-ci illər elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı,
-Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum,
-Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum,
-Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum imzalanmışdır.

İmzalanmış sənədlərin mahiyyətinə və üç qardaş ölkənin yerləşdiyi coğrafiyaya diqqət etdikdə, bir daha əmin olursan ki, bütün yollar Bakıdan keçir. Bakı isə, üzərinə götürdüyü bütün öhdəliklərin icrasının təmin olunması üçün bütün infrastruktura sahibdir. Prezident İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi energetika, nəqliyyat-logistika layihələri, Xəzər dənizində ən böyük donanmanın, hava, dəmir və avtomobil yolları infrastrukturunun, aşırma terminallarının yaradılması, hər üç ölkəyə iqtisadi dvidentlər gətirəcək və inkişafını sürətləndirəcəkdir.

Yaxın gələcəkdə Türkmən qazının Azərbaycan, Türkiyə vasitəsilə Avropa bazarlarına çıxışını təmin edəcəkdir. Etiraf etməliyik ki, bu məsələ çoxdan həllini tapmalıydı. Ancaq, bəzi xarici təsirlər və subyektiv səbəblərdən üzündən proses uzandı. Rusiya-Ukrayna müharibəsi fonunda, Azərbaycanın həyata keçirdiyi ixrac kəmərləri, nəqliyyat şəbəkəsi, Türkmənistan, Qazaxıstan və Orta Asiyanın digər ölkələri üçün də nəfəslik rolunu oynayır.

Orta Xətt Marşrutunun getdikcə vüsət alması, son bir ildə Ölkələrarası ticarət dövriyyəsinin dəfələrlə artması, Ələt dəniz limanının aşırma qabiliyyətinin 25 milyon tona çatdırılmasını və Qars-Axalkalaki dəmiryolunun imkanlarının genişləndirilməsni tələb edir. Azərbaycan hökuməti bundan ötrü 100 milyon vəsaitin ayrılmasını planlaşdırır.

Bütün bunların kökündə Azərbaycan Prezidentinin düşünülmüş, hərtərəfli ölçülüb biçilmiş, qardaş Türkiyə ilə harmoniya təşkil edən xarici siyasəti durur. 44 günlük müharibədə əldə etdiyimiz tarixi Qələbə və beynəlxalq miqyasda apardığımız çoxvektorlu siyasət isə, qardaş ölkələrdə özünənam hissini artırması danılmaz faktdır.

Beləliklə, Azərbaycan Xəzər dənizində Türkiyə və Türk dünyası arasında siyasi, iqtisadi, elmi, mədəni, mənəvi körpüləri inşa etməkdə davam edir.

Nəsib Məhəməliyev-Milli Məclisin deputatı
Xəbəri paylaş