Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun onlayn görüşü keçirilib-FOTOLAR

Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun onlayn görüşü keçirilib-FOTOLAR


Dekabrın 15-də Milli Məclisin Azərbaycan-Çili parlametlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Çili Milli Konqresinin Çili-Azərbaycan parlamentlərarası dostluq qrupu arasında onlayn görüş olub.

Newscenter.az İşçi Qrupunun üzvü, Milli Məclisin deputatı İqbal Məmmədova istinadən xəbər verir ki, Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov qarşı tərəfi salamlayaraq, Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi barədə danışıb. Azər Badamov 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad olunmasından sonra həmin ərazilərdə sürətli tikinti-quruculuq və bərpa işlərinin getdiyi barədə iclas iştirakçılarına məlumat verib.

Onlayn görüşdə Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fransisko Xavyer Çauan Çili və Azərbaycan arasında əlaqələrin gələcək inkişafı, belə görüşlərin əhəmiyyəti, Azərbaycanın Vətən müharibəsində qələbəsi barədə danışıb.

Söhbət zamanı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın perspektivlərindən bəhs edilib.

Görüşdə Milli Məclisin deputatları, Azərbaycan-Çili parlametlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Fətəliyeva, Nigar Arpadarai və İqbal Məmmədov çıxış edərək Azərbaycan-Çili dostluq münasibətləri barədə fikirlərini bölüşüblər, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıblar.

Onlayn söhbətdə iki ölkə arasında iqtisadi, ekoloji, investisiya və digər sahələrdə əməkdaşlığın daha da inkişaf edəcəyinə inam ifadə olunub.

Anar Əliyev
Xəbəri paylaş