Dövlət Gömrük Komitəsi vətəndaşların müraciətlərinin operativ cavablandırılması üçün xüsusi alqoritm əsaslı çat sisteminin tətbiqinə başladı.
Newscenter.az xəbər verir ki, Komitənin rəsmi veb səhifəsində, elektron xidmətlər portalında və mobil tətbiqində çat-bot vasitəsilə gömrük xidmətləri ilə bağlı suallarınız artıq qısa vaxt ərzində cavablandırılacaq.
Bunun üçün Dövlət Gömrük Komitəsinin rəsmi saytında və mobil tətbiqdə “çat-bot” pəncərəsinə daxil olmaqla ad, soyad və meyl ünvanınızı qeyd etməyiniz kifayətdir.
Bu yenilik vətəndaşlar üçün xidmət səviyyəsinin yüksəldilməsi ilə yanaşı, gömrük xidmətləri ilə bağlı yaranan sualların operativ və müfəssəl cavablandırılmasını təmin edəcək.
Sevinc