Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli birlik zamanıdır

Milli birlik zamanıdır


Haqq Ədalət Partiyası Şuşada Rusiya sülhməramlılarının qanunsuz əməlləri və ermənilərin Qarabağda tərətdiyi ekoloji terrora etiraz əlaməti olaraq keçirilən aksiyaya dəstək bəyanatı yayıb. Newscenter.az həmin bəyanatı təqdim edir:


Azərbaycan ekoloqları və Qeyri - Hökümət Təşkilatlarının ( QHT )üzvüləri Laçın -- Xankəndi dəhlizində etiraz mitinqi keçirir . Buna səbəb İkinci Qarabağ müharibəsinin dayandırılmasından 2 ( iki ) il keçməsinə baxmayaraq Rusiya " SÜLHMƏRAMLILARININ " havadarlığına söykənən ermənilərin Azərbaycan Xalqının təbii sərvətlərini daşıyıb aparmaqda davam etməsidir .

Ruslar tərəfindən Xankəndində və Qarabağın diğər bölğələrində yerləşdirilən separatçılar oralarda özbaşınalıq edirlər. Bütün dünya bilir ki, ermənilərə bu cürəti vərən "" RUS SÜLHMƏRAMLILARIDIR "". Rusiya təkcə Cənubi Qafqazda deyil, bütün dünyada pozuculuqla məşğuldur .

Eqoist, şovinist, heğomonçuluq ambisiyaları onları UKRAYNADA çıxılmaz bataqlığa salıb .

Hadisələr elə cərəyan edir ki , RUSLARIN RESURS VƏ İMKANLARI getdikcə azalır .

Bütün bu reallıqlara baxmayaraq onlar ( ruslar ) yenə mümkün və müxtəlif bəhanələrlə çalışırlar ki, Cənubi Qafqazda qalıb öz hikkə və iradələrini diktə etsinlər .

Rusuyanı idarə edən siyasətçiıərin və harınlamış generalların ambisiyaları dünyanın bir çox, eləcə də Rusiya Fedarasiyasının öz ərazisində yaşayan xalqların başına bəla olub .

Bir tərəfdən də İRAN, FRANSA və bir çox imperslist dövlətlərin gözü bölgəmizdadir. Yəni, başımız üzərində qara buludlar dolaşmaqda davam edir .

Bizi özlərinin əli altında və tabeliyində görmək istəyən dövlərlərin və güclərin maraqları ölkəmizdə üst - üstə düşür.
Bu gerçəkliyi nəzərə almalı və Respublikamıza YÖNƏLƏN TƏHLÜKƏNİN CİDDİLİYİNİ bir an belə unutmamalıyıq .

Azərbaycan tərəfindən Ermənistsna təklif olunan 5 prinsip dünya ictimayyətinə məlumdur.

Üzdə Ermənistan tərəfi də bu prinsiplərə etiraz etmir. Lakin kənar güclər ( Rusiya, Fransa , İran və s . )
Azərbaycanla Ermənistan arasında ƏDALƏTLİ SÜLH MÜQAVİLƏSİNİN bağlanmasına mane olurlar.

Respublikamızın inkişafını istəməyən xarici dövlətlər, qüvvələr məlumdur .

Acınacaqlı hal odur ki, ölkə daxilində mövcud olan və şərti olaraq " 5 - ci kolon " adlandırılan qüvvələrin və bəzi siyasi partiya liderlərinin mövqeyi təsüf doğurur. Onların himayəsində olan KİV - nin, blogerlərin düşmən tərəfə "PAS" ötürən çıxışları döyüşdə arxadan vurulan zərbəyə bənzəyir .

HAQQ ƏDALƏT PARTİYASI bölgəmizdə əmin amanlığın, sülhün bərqərar olmasını tezləşdirmək üçün CƏMİYYƏTİMİZİN bütün təbəqələrini dialoqa dəvət edir və belə həssas mərhələdə ölkə vətəndaşlarını DÖVLƏTÇİLİYİ QORUMAQ NAMİNƏ BİRLİYƏ SƏSLƏYİR .

Mehman
Xəbəri paylaş