Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Noyabrda ölkədə 550 min barrel xam neft hasil olunub

Noyabrda ölkədə 550 min barrel xam neft hasil olunub


2022-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 669 min barrel olub. Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, bunun 550 min barrelini xam neft, 119 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 33-cü iclasında qəbul edilmiş qərara əsasən, noyabrda ölkədə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılması nəzərdə tutulurdu.

Sevinc
Xəbəri paylaş