Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndidə yaşayan ermənilər Azərbaycan torpaqlarından birdəfəlik gedəcəklərinin həyəcanını yaşayırlar

Xankəndidə yaşayan ermənilər Azərbaycan torpaqlarından birdəfəlik gedəcəklərinin həyəcanını yaşayırlar


Dünəndən başlayaraq Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti instutunun və media nümayıəndələrinin Şuşa-Xankəndi yolunun yaxınlığındakı Rusiya “sülhməramlılarının” məsuliyyət zonasında keçirdikləri dinc etiraz aksiyası öz möhtəşəmliyi ilə hər birimizi qürurlandırmaqdadır. Bu əraziyə toplaşan ictimai fəalların, ekoaktivistlərin və onlara qoşulanların bu cəsarətli və qorxmaz etiraz mübarizəsini dəstəkləyir, xüsusilə də şaxtalı hava şəraitinə rəğmən öz qətiyyətli inadından geri dönməyən xanımlarımızın Vətənin milli mənafeyi uğrunda bu fədakarlığını alqışlayıram. Onların bu mətinliyi və vətənpərvərliyi olduqca fərəhləndiricidir.

Bir sutkadan artıq davam edən etiraz aksiyası artıq öz effekktiv təsirlərini göstərməkdədir. Aksiyaya qoşulanların sayının getdikcə artması və kütləviləşməsi Xankəndində məskunlaşmış erməniləri, Araik və Vardanyanı, eləcə də onların havadarları ilə bərabər, Rusiya “sülhməramlılarını” da ciddi şəkildə narahat etməkdədir. Erməni mediasının tirajladığı xəbərlərə görə, Xankəndidə yaşayan ermənilər oranı tərk etmək haqqında düşünür, Azərbaycan torpaqlarından birdəfəlik gedəcəklərinin həyəcanını yaşayırlar. Ermənilər və Azərbaycan vətəndaşlarının öz doğma ərazilərində hərəkətinə maneçilik törədən Andrey Volkovun dəstəsi anlamalıdır ki, bu ərazinin sahibləri ilə oyun oynamaq olmaz, Azərbaycan dövlətinin suverenliyinə qarşı hər hansı bir qanunsuz hərəkətin cavabı sərt olacaq.

1500 nəfərik “sülhməramlı” artıq başa düşməlidir ki, etiraz aksiyası daha da şiddətlənərək böyük coğrafiyanı bürüyəcək, aksiyaya qoşulanların sayı hər gün 100-100, 1000-1000 artaraq 10 milyona çatacaq. Onda həqiqətən bu Xalqın qarşısında heç kim dayana bilməyəcək.

Tanrı bu mübarizədə Azərbaycanı və igid və cəsur övladlarımızı qorusun!

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş