Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Milli Assambleyasının üzvü Lii Hunseunqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qonaqları salamlayan nazir Koreya ilə hərbi əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdiyini qeyd edib.
General-polkovnik Z.Həsənov erməni hərbi birləşmələri tərəfindən hər hansı hərbi zərurətin olmadığı halda insan tələfatı məqsədilə Kəlbəcər rayonunun Çıraq kəndində basdırdığı mina partlayışı nəticəsində bir hərbi qulluqçumuzun şəhid olması və 4-ü mülki vətəndaş olmaqla 7 nəfərin xəsarət alması ilə bağlı koreyalı nümayəndə heyətini məlumatlandırıb.
Görüşdə həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Mehman