Hazırda Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
"Həmçinin növbəti 6 ayda ərzaq ehtiyatları ilə bağlı sığortalanmış sistem yaradılıb", - o deyib.