Erməni seperatçıları və rus sülhməramlıları bir şeyi qəti şəkildə yaddaşa yazmalıdırlar: Bu gün Azərbaycanda 7-dən 77-yə qədər hamı ekofəaldır.
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. Ekspert bildirib ki, vətəndaşlarımız dəstək üçün əraziyə yollanmaq üçün mənimlə az qala davaya çıxırlar:
"Odur ki, yolu bağlayanlar Azərbaycan vətəndaşlarının Xankəndinə, Xocalıya və Ağdərəyə keçidinə imkan verməlidir. Əks halda bunu Əsgərimiz edə bilər. Bu isə əks tərəflər üçün Fərrux, Qırxqız, Sarıbaba, Buzdux, Laçın, Zabux və Sus təcrübəsindən daha ağrılı-acılı olacaq. Bizim vaxtımız, sizlərin isə seçimi tam məhduddur".
Anar