Qaraciyər adenomaları qaraciyərin xoş xassəli törəmələri hesab olunur. Lakin bu kişilərdə isbatlanarsa bəd xassəli olma ehtimslı çox yüksəkdir.
Bu barədə Newscenter.az-a açıqlama verən "Yasamal Hospital"ın Terapevt Qastroenteroloq Hepatoloqu Aysel Əskərova deyib ki, kişilərdə kütlənin ölçüsü 2 sm olarsa, cərrahi əməliyyat göstərişdir:
"Qadınlarda 5 sm qədər nəzarətdə saxlamaq olar. Kişilərdə isə ölçü nə olur-olsun, mütləq şəkildə əməliyyat göstərişi vardır. Ümumilikdə aşkarlanan kütləyə nəzərat üçün isə 6 aydan bir MRT müayinəsi zəruridir".
Anar