Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Azərbaycan Türk dünyasında böyük nüfuza malikdir

Sədaqət Vəliyeva: Azərbaycan Türk dünyasında böyük nüfuza malikdir


Bu gün Azərbaycan beynəlxalq aləmlə yanaşı Türk dünyasında da etibarlı tərəfdaş olaraq böyük nüfuza malikdir. Türkdilli ölkələr arasında əlaqələrin inkşafında aparıcı rol oynayan ölkəmiz türk dünyasının sıx birləşməsi istiqamətində də böyük səylər göstərmiş və töhfələr vermişdir. Eyni zamanda Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri də Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələr üzrə daha da möhkəmləndirilməsidir. Bu istiqamətdə ölkə başçısı, cənab Prezidentimiz İlham Əliyev böyük və nümunəvi fəaliyyəti ilə seçilmişdir ki, bu fəaliyyətin nəticəsi olaraq möhtərəm Prezidentimiz dəfələrlə türk dünyasının ən ali orden və medalları ilə təltif edilmişdir.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, dekabr ayının 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistanda təşkil edilən Üçtərəfli Zirvə Görüşündə iştirakı ölkəmizin Türk dünyasındakı yüksək nüfuzunun növbəti göstəricisidir. Üçtərəfli Zirvə Görüşündə çıxış edən Ölkəmizin Lideri Azərbaycan Türkiyə və Türkmənistan dövlətlərinin bir-biri ilə etnik, dini-mədəni köklərlə, ortaq mənəvi dəyərlərlə sıx bağlı olduğunu və bu dəyərlərin ölkələrimiz arasındakı mövcud əməkdaşlığın inkşafına imkanlar yaratdığını qeyd etdi. Ölkələrimiz arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən cənab Prezidentimiz İlham Əliyev hər üç ölkənin beynəlxalq təşkilatlarda və təsisatlarda hər zaman bir-birinə qarşılıqlı dəstək göstərməsini vurğuladı. Daha sonra ölkə başçımız cənab İlham Əliyev Zəngəzur Dəhlizi ilə bağlı bütün işlərin 2024-cü ildə tamamlanacağını və nəticədə yeni nəqliyyat dəhlizinin yaranacağını bildirdi. Eyni zamanda Prezidentimiz Azərbaycanın tranzit ölkəsinə çevrilməsi, regionun loqistik potensialı haqqında da ətraflı məlumat verdi:

“ Ümumilikdə Türkmənistanda təşkil edilən Üçtərəfli Zirvə Görüşü Türk Dünyası ölkələri arasındakı əlaqələrin gələcək inkşafına böyük töhvə və təkan verəcəkdir.”

Ruhiyyə
Xəbəri paylaş