Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmiz Vardanyan barəsində konkret addımlar atmalıdır

Ölkəmiz Vardanyan barəsində konkret addımlar atmalıdır


"Rusiya Sülhməramlıları bu gündə separatçı qüvvələr və Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilən Dəmirli və Qızılbulaq yataqlarında ölkəmizin bəlli qurumlarının monitorinq aparmasına əngəl oldu. General mayor Andrey Volkov monitorinqin keçirilməsinə mane olmaqla, separatçı qüvvələrin maraqlarına xidmət etdiyini bir daha nümayiş etdirdi və istisna deyil ki, Volkov ölkəsinin Qarabağa planlı şəkildə göndərdiyi Ruben Vardanyandan müəyyən təlimatlar alır. Çünki hadisələr başlayandan bəri separatçı qüvvələr arasında ən çox fəallığı ilə seçilən məhz Ruben Vardanyandır və Kreml ciddi səylə onu separatçıların nümayəndəsi, lideri kimi danışıqlarda iştirak etməsini təmin etməyə çalışır".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Ruben Vardanyan İrəvanda doğulsa da, əsas karyerası Rusiya ilə bağlıdır:

"O, bir qrup həmyerlisi ilə Rusiyada çirkli pulların yuyulması ilə məşğul olan şəxslərdən biri olub. Rusiyanın onu bölgəyə göndərməsi bəli məsələdir. Kreml onu dəstəkləməklə Ermənistanda siyasi dəyişikliklər etmək planları güdür. Lakin Vardanyanın sülhməramlıların çətiri altında həddini aşan bəyanatlar səsləndirməsi, qondarma rejim adından məhsullar istehsal edib dünya bazarlarına çıxarmaq, xaricdə yaşayan iş adamlarını müvəqqəti olaraq sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərinə investisiya qoymağa çağırması bölgədə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesinə bir başa zərbə vurur, onlarda əsasız meyllərin artmasına zəmin yaradır. Təbii ki, Vardanyanın canfəşanlığı erməni cəmiyyətində özünün nüfuzunu artırmağa yönəlmiş addımlardır. Lakin onun bu fəaliyyətlərini Azərbaycan ərazisində icra etməsi arzu olunan hal deyil. Fikrimcə ölkəmiz bu şəxs barəsində konkret addımlar atmalıdır".

Anar
Xəbəri paylaş