Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov vəzifəsindən azad olunub.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. General xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Digər sərəncamla, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov daxili işlər nazirinin yeni müavini təyin olunub.
Qeyd edək ki, dekabrın 7-də O.Zalovun 70 yaşı tamam olub. Prezident İlham Əliyevin dekabrın 8-də imzaladığı sərəncamla Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehman