Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın 2 alternativi qalır

Rusiyanın 2 alternativi qalır


Qlobal səviyyədə haylar antiRusiya təbliğatı aparır və bunu açıq bəyan edirlər. Bəli, artıq Rusiya ermənilərin düşüncəsində qarantör rol oynamır. Fransa, Britaniya və Amerika bu sahədə Rusiyadan 1 addım önə keçdi. Silah dəstəyini ingilislərin vasitəsilə Hindistan qarşılayacaq.

Rusiyanın 2 alternativi qalır. Ya Azərbaycanın mövqeyini dəstəkləmək, ya da ermənilərin yenə rəğbətini qazanmaq. 1-cini edən deyil. Qaldı ən alternativ variant. O da erməniləri müəyyən qədər inandırıb sülhməramlıların mövqeyini möhkəmləndirmək. Rusiyanın Qarabağa olan maraq dairəsi 5, 10 ildə yaranmayıb. On illərdi Qarabağda şahmat oynayır. Sözümün canı Qarabağdan çox asan şəkildə çəkilməz! Sülhməramlıların bölgədə qalması üçün əlindən gələn hər yolu sınayacaq. Çünki Qarabağda Rusiyanın tək qolu sülhməramlılardır! Əmin olun ki, Rusiya çəkilsə belə, yerini Qərb dolduracaq!

Əgər "Arsax" konflikti uzun çəkəcəksə, bir paradiqma təklif etmişəm. Bosniya-Herseqovina konfliktində işə yarayıb.
Paradiqma:

Arsaxın himayədarı Azərbaycan olacaq. Oradakı ermənilərin "biz Azərbaycan tərəfindən təhlükəsizliyimizlə bağlı verilən vədlərdən ehtiyat edirik" problemini aradan qaldırmaq üçün başçıları erməni biri olacaq, ancaq daxili məsələlərə səlahiyyəti çatacaq. Xarici siyasət rəsmi Bakının əlində olacaq! Hüquq, məhkəmə sahəsində iki tərəfin konstitusiyası əsas götürülə bilər. Əgər sülhməramlılar bölgədən çıxmaq istəməzsə, tərəflər qalmasına etiraz etməzsə, onda əlavə maddələrin yer aldığı bir sənəd imzalanmalı. Sənəddə sülhməramlıların sayının azaldılması və ikinci bir tərəfin də sülhməramlısına şərait yaradılmalı. Dəhlizin nəzarətinə Azərbaycan hərbçiləri də baxmalı və gömrük keçidi qurulmalı.

Elman Vəliyev-konfiliktoloq
Xəbəri paylaş