31.10.2022-ci il tarixdə Xankəndində keçirilmiş mitinqdə iştirakçıların sayının çox olması ilə yadda qalsa da, bir siyasi nəticəyə səbəb olmadı. Ancaq rus sülhməramlıların məsuliyyət zonası Xankəndi və ətraf ərazilərlə bağlı ümumi vəziyyətə yenə də aydınlıq gətirdi. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin, ictimai aktivistlərin Laçın - Görus yolunda keçidiyi aksiya fonunda, Ruben Vardanyan tərəfindən dünən üçün keçiriləcəyi planlaşdırılmış mitinqin təxirə salınması isə bu məsələdə Azərbaycana qarşı duran tərəfin kimliyini şübhəsiz ortaya çıxarır. Sözsüz ki, indi Azərbaycana qarşı duran əsas amil məhz Rusiyanın özüdür. Faktiki Vardanyanın rəhbəri olduğu Qarabağ erməniləri Rusiyanın siyasi maraqlarının real əsirinə çevirib.
Laçın -Gorus yolundakı aksiyanın siyasi nəticələri gözləniləndən də effektiv oldu. İlk növbədə Azərbaycan "yumşaq güc" siyasəti ilə Rusiyanı və ümum erməniləri çarəsiz vəziyyətdə yaxalayıb və bu hal əsasən Rusiyanı daha da qəzəbləndirib. Laçın - Gorus yolundakı aksiyanın ilk günü Rusiya prezidenti Putinin Azərbaycan prezidenti İlham Əliyevə zənginin nəticəsiz qalması, ardınca Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsi, Buxarestdə Avropanın yaşıl enerji təhcizatı ilə bağlı strateji tərəfdaşlıq barədə Azərbaycanın yeni saziş imzalaması və üstəlik ingilis Mİ-6 kəşfiyyatının şefi Ruçard Mumun regiona səfəri Rusiyanın Qafqazdan çıxarılması planları ilə bağlılığı şübhəsizdir. Rusiya isə bu gedişlərə hazır görünmür, ancaq cavabsız qalacağı da inandırıcı deyil.
Azərbaycan vətəndaş cəmiyyətlərinin və ictimai aktivistlərin Laçın - Gorus yolunda keçirdiyi aksiya öz siyasi nəticələri ilə Azərbaycan üçün yeni çox əlverişli imkanlar yaradıb və sözsüz ki, Azərbaycan və region üçün olduqca vacib və gərgin siyasi proseslər vəd edir.
Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas