Erməni Apostol Kilsəsinin Qarabağ yeparxiyasının rəhbəri, yepiskop Vrtanes Abramyan dünən bir necə cümləlik çıxışında gic fikirlərlə bərabər bir dənə də normal ifadə işlədib. O bildirib ki, yollarımız bağlı olsa da, yuxarıya doğru yolumuz açıqdır.
Newscenter.az-ın xəbərinə görə, Abramyanın fikirlərinə diqqət çəkən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, onilliklər boyu Azərbaycanı təhdid edən və işğalı dəstəkləyən erməni Apostol kilsəsinin də dizini yerə qoya bildik:
"Onlar da artıq xilas yolunu göylərdə axtarırlar. Məncə əlində silah bizə qarşı bizim torpaqlarda döyüşənlər, o cümlədən Vrtanes üçün xilas yolu kimi yerin altı daha maraqlı ola bilər. Yeri gəlmişkən müharibədə erməni generalı məhv edə bilməsək də, müharibədən sonra 10-a yaxın ermni generalın ürəyi partlayıb və onlar xilas üçün yerin altını seçiblər. Növbə erməni kilsə xadimlərindədir".
Anar