Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Litva XİN-in reallıqdan çox uzaq olan bəyanatını qəbul etmirik

Litva XİN-in reallıqdan çox uzaq olan bəyanatını qəbul etmirik


Litva Xarici İşlər Nazirliyinin Azərbaycan-Litva arasında uzun illərə söykənən dostluq və əməkdaşlıq münasibətlərinə kölgə salan belə bir bəyanatla çıxış etməsinə təəssüf edirəm.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkilinin sözlərinə görə, Litvaya xatırlatmaq lazımdır ki, Ermənistanın azərbaycanlılara qarşı mina terroru hələ də davam edir və ermənilərin Laçın dəhlizindən istifadə etməklə Azərbaycan tərəfinə daşıyaraq basdırdıqları minalar hələ də canlar almaqdadır:

"Və ən əsası isə hərbiçilərimizlə yanaşı, mülki şəxslərimiz də erməni minalarının qurbanlarıdır! Litva belə bir bəyanat verməkdənsə və Ermənistanı Laçın yolundan qanunsuz hərbi və iqtisadi fəaliyyətlər üçün istifadəni dayandırmağa çağırmış olsaydı regionda sülhün yaradılması prosesinə daha yaxşı kömək edə bilərdi. Litva Xarici İşlər Nazirliyinin qərəzli və reallıqdan çox uzaq olan bəyanatını qəti şəkildə pisləyir və qəbul etmirik".

Ruhiyyə
Xəbəri paylaş