Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın işğalçı ordusu erməniləri himayə edir

Rusiyanın işğalçı ordusu erməniləri himayə edir


Xankəndi-Laçın yolunda keçirilən aksiya bizim üçün çox önəmlidir. Bildiyimiz kimi vaxtı ilə Topxanıda bir ağacın qırılması ilə Azərbaycanda xalq hərəkatı başladı. İndi də 44 günlük müharibədə Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad edib. Amma Azərbaycanın azad etdiyi ərazilərdə Rusiyanın sülhməramlı adı altında oraya gəlmiş işğalçı ordusu erməniləri himayə edir. Rusiya ordusu Qarabağa gələndən sonra Xankəndidən köçən bütün erməniləri oraya geriyə qaytardılar.

Newscenter.az xəbər verir ki, bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. Partiya sədri deyib ki, Rusiya ordusu və Qarabağa gələn Vardanyan işğalda olan ərazilərimizdə bizim sərvətlərimizi talan edirlər:

"Onlar Qarabağdan iqtisadi gəlir mənbəyi kimi istifadə edirlər. Onların siyasi maraqları ancaq pulun üzərində qurulub. Bizim sadə vətəndaşlarımız da onların bu talanlarına son qoymaq üçün bir həftədir ki, mübarizə aparırlar.
Xankəndi bizim ola-ola ermənilər özlərinə başçı seçiblər, parlament yaradıblar. Bu da bizə qarşı çox böyük hörmətsizlikdir. Mən dəfələrlə demişəm indi də deyirəm".

Hafiz Hacıyev qeyd edib ki, biz Qarabağda cəsarətli addımlar atdıq, amma Xankəndinə gələndə bizim müəyyən dairələr sönük addımlar atdılar:

"Xankəndidə bizim rəhbərlik olsaydı, indi onlar nə Xankəndidə mitinq keçirə bilərdilər, nə də Xankəndidən adam dəvət edə bilərdilər".

Anar
Xəbəri paylaş