Azərbaycanda şadlıq sarayında nöqsanlar aşkarlanıb, qapısı möhürlənib.
Bu barədə Newscenter.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Belə ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları Ağdam rayonu, Əhmədağalı kəndində fəaliyyət göstərən fiziki şəxs Kərimov Ələddin Məmməd oğluna məxsus “Ağdam” şadlıq evində keçirdiyi yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğunu aşkar edib.
Manqal və soyuq qəlyanaltıların hazırlanması sahəsinin asan təmizlənməsinə və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə təchiz edilmədiyi, manqal və qazan yeməklərinin hazırlanması sahəsində havalandırma sisteminin qurulmadığı, pəncərələrin zərərvericilərə qarşı qoruyucu torla təmin edilmədiyi məlum olub. Həmçinin müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasını təsdiq edən müvafiq sənədlər də yoxlamaya təqdim olunmayıb.
Mehman