Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran öz ampluasındadır

İran öz ampluasındadır


İranın “Tahrireh” saytında yer alan “İran raketlərinin Ermənistana gəlməsi və regionun geosiyasi gələcəyi” sərlövhəli məqalədə bu gün İranın dünyanın 55-dən çox ölkəsinə silah ixrac etdiyi bildirilib. Həmçinin İran silahlarının yüksək keyfiyyətə malik olduğu və münasib qiymətə satıldığı vurğulanıb.

Məqalədə yazılıb ki, Ukrayna müharibəsində İran pilotsuz təyyarələrinin olması və səs-küy salması bu ölkə üçün ciddi reklam olub.

Materialda eyni zamanda Ermənistannın İrandan “Dehlaviyyə” zirehli raketləri və “Top Attack Almas” raketləri, bir neçə döyüş, kəşfiyyat və kamikadze pilotsuz uçuş aparatları aldığı göstərilib.

İranın İkinci Qarabağ müharibəsində Ermənistanı silahlandırmasına dair kifayət qədər fakt var. Hətta rəsmi Tehran özü də ermənipərəst mövqeyini dəfələrlə ortaya qoyub. Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər rəsmilər Ermənistanın ərazi bütövlüyü ilə bağlı dəfələrlə “qırmızı xətlər” çəkiblər. Maraqlı və təəssüfləndiricidir ki, Ermənistanın sərhədlərini, az qala, göz bəbəyi kimi qorumağa çalışan İran Azərbaycan suverenliyinə hörmət etmir. Bunu Vətən müharibəsi zamanı və ondan sonra baş verən hadisələr sübut edir. Əlbəttə, Tehranın belə ritorikasının arxasında konkret səbəblər var. İran sərhədindəki Azərbaycanın güclənməsini qəbul etmək istəmir.

Bu baxımdan “Tahrireh” saytında yazılanlar əslində təəccüblü deyil. Molla rejimi ənənəvi xarici siyasət kursuna sadiqlik nümayiş etdirir. İran Ermənistanı silahlandırma bu dövlətdən öz maraqlarının təmin olunması üçün istifadə edir.

Nəzərə almaq lazımdır ki, regiondakı gərginlik Tehranın maraqlarına uyğundur.

Bu ilin fevral ayında Şərqi Avropada başlanan müharibə ilə İranın riyakarlığını, mənəviyyatsızlığını bir daha görmüş olduq. Tehranın Cənubi Qafqazla bağlı mövqeyi Şərqi Avropada da özünü göstərdi: molla rejimi təcavüzə məruz qalanın yox, işğalçının tərəfində olmaqdadır. İranın Rusiyaya verdiyi “Şahed” PUA-ları Ukraynada dağıntılara, minlərlə mülki şəxsin ölümünə səbəb olmaqdadır. Budurmu İranın “qırmızı xəttləri”?!

İran daxilindəki durum heç də stabil deyil. Əksinə, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması nəticəsində daxildəki xaos getdikcə dərinləşir. Həmçinin beynəlxalq qurumların da İran hakimiyyətinə təzyiqləri artır. Görünür, rəsmi Tehran öz qazdığı quyuya özü düşür. Bunlar molla rejimi üçün siqnal olmalıdır. İran müsəlmanlığa və mənəviyyata zidd olaraq haqsızı müdafiə etməkdə, işğala məruz qalanı görməzdən gəlməkdə davam edərsə, bu ritorika bumeranq effekti verəcək. Odur ki, əgər belə demək mümkündürsə, molla rejimi papağını qarşısına qoyub düşünməli, revenşizmə xidmət edən, gərginliyə şərait yaradan addım atmazdan əvvəl yüz ölçüb- bir biçməlidir.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş