Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məhv edilmiş flora və faunanın bərpası prosesi Cənubi Qafqazın ekoloji təhlükəsizliyinə töhfə verəcək

Məhv edilmiş flora və faunanın bərpası prosesi Cənubi Qafqazın ekoloji təhlükəsizliyinə töhfə verəcək


Prezident İlham Əliyevin noyabrın 16-da təsdiq etdiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” müstəqil dövlətçiliyimiz və milli maraqlarımız baxımından öncəllikli hadisədir.

Newscenter.az xəbər verir ki, bu fikirləri Bakının Nizami bələdiyyəsinin üzvü Aytən İsmayılova səsləndirib. O bildirib ki, proqram müasir dövlətçilik tariximizin ən yeni mərhələsində ümummilli inkişafımızı göstərməklə, gələcək potensialımızın gücündən xəbər verir:

"Bu milli ideoloji cəhətdən birliyimiz və həmrəyliyimiz sayəsində qazanılmış Zəfərin təzahürü kimi qüdrətli dövlətə çevrildiyimizi bir daha təsdiq edir. Əslində, ədalətin bərqərar olunduğu bir zamanda və məkanda milli tərəqqimizi şərtləndirən sözügedən Proqram müasir infrastrukturu və tarixi məskunlaşmanı özündə ehtiva edir".

Aytən İsmayılova deyib ki, məhv edilmiş flora və faunanın bərpası prosesi Cənubi Qafqazın ekoloji təhlükəsizliyinə töhfə verəcək:

"Sülh müqaviləsi imzalanacağı -Zəngəzur dəhlizi açılacağı təqdirdə bu imkanlardan bütövlükdə dünyamız yararlanacaq. Bu, özlüyündə dünya azərbaycanlılarının illər boyu gözlədiyi bir imzadır".

Anar
Xəbəri paylaş