Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblilər xalq şairi Ramiz Rövşənlə görüşəcək

Məktəblilər xalq şairi Ramiz Rövşənlə görüşəcək


“Məktəbdə...” layihəsinin növbəti görüşü dekabrın 20-də Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə keçiriləcək.

Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Xalq şairi Ramiz Rövşən olacaq.

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Görüşü, həmçinin Baku TV onlayn televiziyası da işıqlandıracaq.

R.Mehdiyeva
Xəbəri paylaş