Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şahin Bağırov vətəndaşları qəbul edəcək

Şahin Bağırov vətəndaşları qəbul edəcək


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov dekabrın 23-də saat 10:00-da İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev pr. 57) İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.

Newscenter.az Komitəyə istinadən xəbər verir ki, qəbul zamanı İsmayıllı və Ağsu rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Sevinc
Xəbəri paylaş