«Bütün cəmiyyətlərdə çətin tərbiyə olunan uşaqlar var və olacaq da. Amma inkişaf etmiş ölkələrdə hər məktəbdə təhsil müəssisəsi rəhbərliyindən əlavə belə uşaqlarla məşğul olan xüsusi pedaqoji heyət var» .
Newscenter.az xəbər verir ki, bu fikirləri "Qabaqcıl Təhsil İşçisi" "Qızıl Qələm" media mükafatı laureatı Şəcahan Gün səsləndirib. O bildirib ki, bizim məktəblərdə də belə praktikanın tətbiqinə ehtiyac var: «Görəsən bizim məktəblərdə nə vaxt olacaq? Mən şiddətin qəti əleyhinəyəm. İnsanların hər cürə halı ola bilər. Eyni zamanda müəllimin də bir əsəbi, problemli halı ola bilər. Gərək bunu Təhsil Nazirliyi nəzərə alsın. Müəllimlərin üstünə getməkdənsə, onlara dəstək ola bilsin».
Anar