Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasını, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında monitorinq aparılmasının təmin olunmasını tələb edən Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların və könüllülərin etiraz aksiyası artıq 8-ci gündür ki, davam edir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun dekabrın 3-də və 7-də sülhməramlı kontingentin komandanlığı ilə apardığı müzakirələr, təəssüf ki, hələ də bir nəticə verməyib. Ekofəalların tələbinə baxmayaraq, monitorinqə hələ də imkan yaradılmayıb.
"Qızılbulaq" və "Dəmirli" yataqlarının qanunsuz istismarı dekabrın ilk günlərindən ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Ölkə gündəmi ilə bərabər dünya dövlətlərinin bir neçə gündür ki, diqqəti bu məsələyə yönəlib. Öz öhdəliklərinə sadiq qalmağı bacarmayan, dövlətlərarası münasibətlərdə qeyri-sabit, dəyişkən xarakter nümayiş etdirən, imzasını və sözünü urvatdan salan mənfur düşmənin bu məsələ ilə bağlı açıqlamalarının və məramı sülh olmayanların missiyasının davranışlarının da, həmçinin, izahı yoxdur!
Rusiya Müdafiə Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın, eləcə də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin tələblərini kobud şəkildə pozduğu açıqlamalarında bildirsədə, Azərbaycanı eyni sənədlərdə yer alan müddəalara əməl etməməkdə suçlamağa çalışsada iki ildir ki, bütün olanlara göz yuman Azərbaycan hər zaman görüntülərdə "xidmət yerlərində" vəzifə başında dayanmış ermənilərin kef məclisində badə qaldıran"Məzlum" erməni xalqının, "Bayraktar" görəndə ürəyi partlayan Aşotun, "Xəzərdə üzmək adı ilə" evindən çıxıb bu gün həqiqətən Xəzərin sahilində həbsxanada olanların sağlığına içən məramı sülh olmayan “
sülhməramlıların” kimə və nəyə xidmət etdiyini yaxşı görür. Vaxtilə "taktiki olaraq geri çəkilmə" strategiyasından istifadə edib bütün dünyaya rəzil olan erməni dövləti bu gün məhz videodakı həmin o əyyaşların "zəmanəti" altındadır.Əslində biz bu kimi xəyanətkar ünsürlərin dırnaqarası siyasətlərinə çoxdan bələdik və hər dəfə də onlar rüsvay və rəzil olaraq son anda öz qınlarına çəkilmələrinə şahidlik etmişik. Necə ki, 8 gündür əlisilahlı “sülhməramlıların” qarşısına əliyalın çıxan vətəndaş cəmiyyəti mübarizlərimizin bu saata qədər qarşısına çıxıb onların suallarını cavablandırmağa cəsarəti olmayan Volkovun qaçıb gizlənməsi kimi...
Satqınların bədniyyət əməlləri isə Azərbaycan xalqının dahada hiddətinə səbəb olur. Xalqın istifadə etdiyi "yumşaq güc" siyasəti həm erməniləri, onların havadarlarını, həm də rusları çaşqınlıq vəziyyətinə salıb və qarşı tərəfi vəziyyətdən çıxmaqda aciz edib. Aksiyanın ilk günü Rusiya prezidenti Putinin İlham Əliyevə zəng etməsinə baxmayaraq, aksiyanın davam etməsi və rus "sülhməramlı" kontingentinin (RSK) komandanı general Volkovun aksiyaçıların qarşısına çıxmaması təbii ki, Moskvadan təlimatın hələ də olmaması əlaqəli və Azərbaycanla razılaşmanın hələ mümkünsüzlüyü ilə bağlıdır. Təbii ki, Azərbaycan isə öz məqsədlərinə güzəştsiz və isarrlı olması onun hərb-siyasi iradəsinə söykənir. Azərbaycan indiki məqamda Laçın dəhlizinin bağlanmasında deyil, onun nəzarətə götürülməsində maraqlıdır.
Erməni toplumunu qorxudan ETİRAF: Artsax erməniləri humanitar fəlakət qarşısındadır, heç bir dövlət Laçın yolu ilə bağlı konkret təminat vermir
Aksiyadan təşvişə düşən Ermanistan hakimiyyəti və xalqı mülki azərbaycanlıların keçirdiyi aksiyaya siyasi don geyindirərək, onları çətin günlərin gözlədiyini bildirirlər. Hətta həyasızlıqlara qapılaraq, utanıb-qızarmadan Azərbaycanı dövlətini “soyqırımla” ittiham etməklə öz daxillərindəki çirkablarını aşkarlıqla ortaya qoyurlar. Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının deputat fraksiyası ilə görüşündə Laçın yolu ilə bağlı məsələni müzakirə edib. Müzakirələr zamanı bəzi məsələlərə aydınlıq gətirilib.Baş nazir, faktiki olaraq, “Laçın dəhlizi nə vaxt açılacaq” sualına aydın cavab verə bilməyib. Sözügedən məsələ ilə bağlı Paşinyan deyib ki, hakimiyyət müxtəlif ölkələrin strukturları ilə təmasdadır, lakin bu dövlətlərin heç biri dəhlizin açılması ilə bağlı konkret və aydın təminat vermir.
Artsax prezidenti Arayik Arutyunyanın açıqlamasında isə, Artsax ermənilərinin humanitar fəlakət qarşısında olduğunu və bu vəziyyətdə Rusiya sülhməramlı kontingentinə öz missiyasına sadiq qaldıqlarına görə minnətdarlığımızı bildirərək, günlərdir ki, təxribatlara, nümayişkaranə təhqirlərə və nifrətə yol vermədən möhkəm və qətiyyətlə Artsax xalqının yanında olduqlarını açıqca etiraf etdi. Heç vaxt Rusiyaya təzyiq etmək və ya onun nüfuzuna xələl gətirmək üçün alət olmayacaqlarını bildirən Arutyunyan Rusiyanın problemləri diplomatik və dialoq yolu ilə həll edəcəyini qeyd edib.
Ermənistanda isə etiraf edilir ki, Azərbaycan ictimaiyyəti öz məqsədinə çatmaqda israrlıdır. Bunun qarşısını nə Ermənistan, nə Rusiya, nə də digər qüvvələr ala bilər. Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Qarabağda baş verən azərbaycanlı fəalların aksiyası erməni xalqının gözünü bir şeyə də açdı. Biz rusların Azərbaycan qarşısında qorxduğunu müşahidə etdik. Ölmədik, bu günü də gördük. İllərdir Ermənistanda rus bazası olub. İrəvan Rusiyanı qorxmaz, ordusunu güclü bilib. Amma bu günlərdə baş verənlərə baxsaq, dizləri titrəyən rus əsgəri, dilini udmuş rus zabiti görürük. Bir məqamı qeyd edək: Azərbaycanın qarşısında dik dura biləcək ordu varmı? Kimə müraciət edək? Fransaya? İnanın ki, bununla heç nə dəyişməz. Azərbaycanın tələbləri İrəvan tərəfindən yerinə yetiriləcək - bizim arxamızda ruslar yox, fransızlar dursa belə... Azərbaycanlıların gözlərində qaliblik var, bizdə isə - elə ruslarda da – qorxu”.
Ermənistanın zarıması dünya üçün hansısa əhəmiyyət kəsb etmir
Erməni rəsmilərinin günlərdir verdiyi bu kimi müsahibələr isə bir daha bütün dünyaya sübut edir ki, ermənilər aciz millətdir və Azərbaycan torpaqlarındakı bir ovuc erməni misli görünməyən həyasızlıqla himayə olunur. Bədxah qonşularımızın bu addımındada bizi təəccüblənəcək yeni bir hadisə yoxdur.Ermənilər əsrlərdən bəri davam edən və bütün dünyanın bildiyi bir vasitədən istifadə edirlər. Tarixə nəzər salanda , ötən əsrin əvvəllərindən ermənilər Türkiyə torpaqlarında özlərinin törətdikləri hadisələri heç bir zaman baş verməyən soyqırımını zorla türk dünyasının ayağına yazmaq istəkləri, biz beynəlmiləlçilik havası altında uyuyarkən, onların "Böyük Ermənistan" qurmaq xəyalları, XX əsrin sonlarında qloballaşan, sülh şəraitində yaşayan dünyada illərdən bəri sığındıqları torpaqlarımızı öz torpaqları elan etmələri, müharibəyə başlamaları azərbaycanlıları öz əzəli-əbədi torpaqlarında qaçqına, girova çevirmələri onların xislətlərinə bir nümunədir. 30 ilə yaxın bir zaman ərzində yüzminlərlə azərbaycanlının köçkün həyatı yaşamasında, halal torpaqlarımızın viran edilməsində və sayı saydıqca tükənməyəcək qədər çox olan müharibə cinayətlərində, amansız terror aksiyalarında Ermənistan qədər pay sahibi olanlar isə bu gündə başları heç bir məsələdə bir araya gələ, ortaq mövqe sərgiləyə bilmir. Son iki il ərzində demək olar ki, hər gün ermənilərin Azərbaycan ordusunun mövqelərini atəşə tutması barədə məlumatlar verilir. Rüsvayçı ordunun döyüş meydanından dabanına tüpürüb qaçan hərbçilərinin atəşkəsi pozmağa necə cəsarət etməsi yəqin ki, hər kəsi düşündürür.Bu gün ki məqamda isə bütün suallara aydınlıq gəlir: Sən demə, erməni hərbçinin onu döyüş meydanından iti qovan kimi qovan orduya atəş açmasına cəsarətləndirən "yediyi şir ürəyi" deyil, içdiyi "aslan südü" imiş.Özünü onların kölgəsində “demokratiyanın qladiatoru” kimi hesab edən , Ermənistan isə verdiyi bəyanatlarla elə zənn edir ki, dünya arenasında onların son çırpıntıları demokratiyanın vacibiyyət formulu kimi qiymətləndiriləcək, düşüncələrdə leqallaşacaq və dəstək qazanacaqdır.Ortada isə bir reallıq var. Azərbaycanın ərazi bütövlüyü Azərbaycan xalqının keçilməz qırmızı xəttidir.Rusiya sülhməramlıları 5 il müddətinə torpaqlarımıza gəlsələr də 2 il ərzində öz qərəzli mövqeləri ilə bütün etimad limitlərini alt-üst ediblər. Bundan sonra isə həm Rusiya Müdafiə Nazirliyinin, həm də onun məramı sülh olmayan missiyasının etimadını bərpa etmək mümkün deyil.Prezident İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” beynəlxalq konfransındakı çıxışında bildirdi ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan yararlanır. Prezident, eyni zamanda, müharibə dönəmindəki əminliklə İrəvanın siyasi gedişlərinin ona kömək etməyəcəyini vurğuladı və İrəvana hər hansı xarici qüvvəyə ümid bəsləməməyi tövsiyə etdi. Görünən budur ki, Ermənistan tövsiyə dilindən anlamır. O zaman Paşinyan və onun tərəfdarlarının dili ilə deyək ki, Laçın yolu açılmayacaq. Üstəlik, ərazidə Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulması ilə yekunlaşacaq.
Bu gün soyuq-şaxta demədən aksiyada məğrurluq nümunəsi sərgiləyən Azərbaycan xalqı isə hər zaman ağı-qaradan seçməyi bacarır və öz dövlətinin, Müzəffər Ali Baş Komandanının, qalib Prezidentinin ətrafında sıx birləşib. Xalqın dünyagörüşündə və Azərbaycan dövlətinin siyasətində heç vaxt dəyişməyəcək bir gerçəklik var: Qarabağ Azərbaycandır! Həm də istisnasız olaraq!
Aygül Bağırova