Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əksəriyyətinin rəhbəri ixtisasca kənd təsərrüfatı mütəxəssisi deyil.
Newscenter.az xəbər verir ki, belə bir iddia ilə ekspert Şəmşad Kərimov çıxış edib. O bildirib ki, bu azmış kimi həmin şəxslər rəhbərlik etdikləri rayonlarda öz şəxsi təsərrüfatlarını yaratmaqla məşğuldurlar. Şəmşad Kərimov həmçinin bildirib ki, Kənd Təsərrüfatı Nazirliyin tabeliyində olan Azəraqrar MMC-nin torpaq sahələrində heç bir icarə müaviləsi olmadan, vəsait ödəmədən Zərdab DAİM-nin direktoru 10 hektar pambıq əkdirib. Lakin bunun qarşılığında cəmi 17 ton pambıq təhvil verilib.
"Zərdab Suvarma Sistemlərinin idarəsinin direktoru də hazırda Bəyimli kəndi ərazisində taxıl əkdirir. Hər iki direktor rayona başqa rayonlardan göndərilib və işdə çətin tapılırlar. DAİM direktorunun fəaliyyətindən narazı qalanları susdurmaq və bütün məsuliyyəti ona yönəltmək üçün rayon rəhbərliyi DAİM direktorundan Kənd Təsərrüfatı Nazirliyinə təqdimat yazıb. Onu da deyim ki, DAİM direktoru ixtisasca kənd təsərrüfatı mütəxəssisi deyil və Zərdab Rayon İcra Hakimiyyətinin başçsının həmyerlisi olmaqla hər ikisi Şirvan şəhərindən gəlib".
Mehman