Milli Məclisin deputatı Jalə Əhmədova Müstəqil Dövlətlər Birliyinin üzvü olan Dövlətlərin Parlamentlərarası Assambleyası tərəfindən parlamentarizmin inkişafı və möhkəmləndirilməsində xidmətlərimə, MDB-nin fəaliyyətinin əsaslarının inkişafı və təkmilləşdirilməsinə, beynəlxalq əlaqələrin və parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsinə verdiyim töhfəyə görə “МПА СНГ. 30 лет" yubiley medalı ilə təltif olunub.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı deputat özünün facebook sosial şəbəkə hesabında verib. Jalə Əhmədova belə bir medala laqyi görüldüyündən şərəf duyduğunu dilə gətirib.
Millət vəkili daha sonra buları qeyd edib:
"Milli Məclisin İnsan haqları komitəsi və Milli Məclisin Gənclər və idman komitəsinin üzvü olaraq parlamentlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərimi davam etdirəcəyəm".
Ruhiyyə