Bir həftədən çoxdur ki, Şuşa-Laçın yolunda "Qarabağda ekoloji terrora son!" şüarı altında Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdikləri etiraz aksiyasına cəmiyyətin müxrəlif təbəqələrindən dəstək gəlir.
Newscenter.az xəbər verir ki, əslən Laçından olan azərbaycanlı iş adamı, Polşanın paytaxtı Varşavada yerləşən Sevara Group Şirkətinin təsisçisi, baş direktoru Rəşad Quliyev də aksiya iştirakçılarına dəstəyini əsirgəməyib. Belə ki, Rəşad Quliyev laçınlı iş adamı olaraq aksiyaya öz töhfəsini vermək istəyini bildirib:
"Belə ki, oradakı hava şəraitini nəzərə alaraq, aksiya iştirakçılarının bir hissəsinin daha rahat gecələməsi üçün əraziyə mobil qoşqu ev (karavan) gətirmək istəyirik. Karavan mətbəx mebeli, bir neçə yataq, hamam və tualet eləcə də isitmə sistemi ilə təchiz edilib".
İş adamı qeyd edib ki, hazırda lazımi icazələr alınır:
"Ümid edirəm ki, tezliklə yola çıxacağıq".
Anar