Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda Birinci Mərkəzi Asiya Media Forumu keçirilir

Qazaxıstanda Birinci Mərkəzi Asiya Media Forumu keçirilir


Qazaxıstanın Astana şəhərində Birinci Mərkəzi Asiya Media Forumu keçirilir.

Newscenter.az Azərbaycanın Qazaxıstandakı səfirliyinə istinadən xəbər verir ki, forumun əsas müzakirə mövzusu iştirakçı dövlətlərin media qurumları arasında əməkdaşlıq platformasının yaradılmasından ibarətdir. İki gün ərzində davam edən tədbir çərçicəsində dövlət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, yerli və xarici media nümayəndələri və ekspertləri tərəfindən medianın inkişafının aktual məsələləri, yeni medianın inkişafı, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün regional və qlobal əməkdaşlıq imkanları, "fake news"la mübarizə sahəsində regional əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılır.

Forumda sabiq baş nazir, diplomat, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri Ağalar Atamoğlanov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və
Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev iştirak etmişdir.

Tədbirdə Həsən Həsənov müstəqilliyin ilk illərində ölkədəki çətinliklər, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və apardığı işğalçılıq siyasəti, 1 milyondan artıq azərbaycanlıların qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-həmlə əməliyyatına başladığı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilməsi barədə geniş çıxış etmişdir.

Anar
Xəbəri paylaş