Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QMİ sədri Rusiya Federasiyası Ruhani İdarəsi sədrinin birinci müavini qəbul edib

QMİ sədri Rusiya Federasiyası Ruhani İdarəsi sədrinin birinci müavini qəbul edib


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam institutunun rektoru Dəmir Muxetdinovu qəbul edib.

Newscenter.az xəbər verir ki, Dəmir Muxetdinov Rusiya Federasiyası Ruhani İdarəsinin sədri, Rusiya müsəlmanlarının müftisi Ravil Qaynuddinin salamlarını Şeyxülislam həzrətlərinə çatdırıb, onun bu yaxınlarda Moskvada keçirilmiş XVIII Beynəlxalq Müsəlman Forumundakı çıxışını xatırlayaraq bildirib ki, həmin çıxışın müddəaları Rusiya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Öz növbəsində, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda və Qafqaz regionunda dini-mənəvi həyat, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə, habelə bölgədə sülhün və əmin-amanlığın bərqərarı istiqamətində fəaliyyətlər barədə qonağı məlumaylandırdı.

Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsi ilə Rusiya Federasiyası Ruhani İdarəsi arasında olan münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, salamlarını Ravil Qaynuddinə çatdırmağı xahiş edib.

Görüşün sonunda Dəmir Muxetdinov Volqaboyu Bulqarıstanı xalqlarının İslamı qəbul etmələrinin 1000 illiyi münasibətilə nəfis şəkildə nəşr olunan Quranı-Kərimin rus dilinə tərcüməsini Şeyxülislam həzrətlərinə təqdim edib.

Mehman
Xəbəri paylaş