Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtçay stansiyası istiqamətində qatar yük maşını ilə toqquşub

Sumqayıtçay stansiyası istiqamətində qatar yük maşını ilə toqquşub


Bu gün saat 18:40-da Bakı-Quba şosesinin Sumqayıt şəhər istiqamətində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib.

Newscenter.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus qatar Sumqayıtçay stansiyası istiqamətində hərəkətdə olarkən keçidi keçməyə cəhd edən 99 JG 815 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində TIR-ın qoşqusunun üzərində yerləşən avtokar avtomobil yolunun üzərinə düşdüyündən Bakı-Quba istiqamətində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.

Mehman
Xəbəri paylaş