Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP nümayəndə heyəti Şimali Makedoniya Respublikasında səfərdədir

YAP nümayəndə heyəti Şimali Makedoniya Respublikasında səfərdədir


Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Makedoniya Respublikasına səfər edib.

Newscenter.az xəbər verir ki, Şimali Makedoniya Türk Demokratik Partiyasının dəvəti ilə baş tutan səfər çərçivəsində YAP nümayəndə heyətinin Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski ilə görüşü nəzərdə tutulur. Eyni zamanda, nümayəndə heyətinin rəhbəri Tahir Budaqovun Türk Demokratik Partiyasının sədri Beycan İlyas ilə görüşü olacaq. Bunlarla yanaşı, Yeni Azərbaycan Azərbaycan Partiyasının nümayəndə heyəti 2007-ci ildən Şimali Makedoniya türklərinin rəsmi bayramı kimi qeyd edilən 21 dekabr – Türkcə Təhsil Günü münasibətilə keçiriləcək təntənəli tədbirdə iştirak edəcək.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, YAP İdarə Heyətinin üzvü Musa Quliyev, Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli təmsil olunurlar.

Mehman
Xəbəri paylaş