BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 33 nəfər təhsil işçisi təltif edilib. Belə ki, Ölkə Prezidentinin sərəncamlarına əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 3 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 2 nəfər isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Newscenter.az-a İdarədən bildirilib ki, həmçinin elm və təhsil nazirinin əmri ilə gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə, Bakı məktəblərində fəaliyyət göstərən 11 nəfər “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 17 nəfər “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.
R.Mehdiyeva