Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlığı bölgənin təhlükəsizliyinin təmin olunması üçün tarazlaşdırıcı rol oynayacaq

Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlığı bölgənin təhlükəsizliyinin təmin olunması üçün tarazlaşdırıcı rol oynayacaq


Qardaş Türkiyənin Kayseri şəhərində Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüşün keçirilməsi və sonda birgə bəyanat imzalanması hazırda dünyada yaşanan geosiyasi təlatümlər fonunda Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin bərqərar olunmasında, eləcə də bu üç dost və müttəfiq ölkə arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlığı bölgənin təhlükəsizliyinin təmin olunması üçün tarazlaşdırıcı rol oynayacaq və eyni zamanda bölgəni özünün hərbi-siyasi avantüraları üçün plasdarma çevirmək istəyən bəzi qonşu ölkələrin və qlobal güclərin qarşısını kəsməyə kömək edəcək:

"Bu üç ölkənin mühriban qonşuluq və dostlluq siyasəti bölgəmizi daim "qaynar qazan"a çevirməyə can atan Rusiya, İran, Ermənistan kimi aktiv qonşularımız üçün də müsbət nümunə ola bilər. Təəssüf ki, Azərbaycanın təklif etdiyi "3+3" formatında əməkdaşlıq modeli məhz bu qonşularımızın destruktiv mövqeyi üzündən hələ də reallaşmamış qalır. Lakin ümid edirik ki, onlar da nə vaxtsa Azərbaycan, Türkiyə və Gürcüstan kimi rasional siyasət yürütməyə başlayacaq, tərəqqi və təhlükəsizliyin yolunun məhz dinc qonşuluq və əməkdaşlıqdan keçdiyi həqiqətini qəbul edəcəklər".

Mehman
Xəbəri paylaş