Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il 18 268 vətəndaşa ürək-damar əməliyyatı ilə bağlı göndəriş verilib

Bu il 18 268 vətəndaşa ürək-damar əməliyyatı ilə bağlı göndəriş verilib


Bu il 18 268 vətəndaşa ürək-damar əməliyyatı ilə bağlı göndəriş verilib.

Newscenter-az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

O bildirib ki, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara müqaviləli tibb müəssisələrinə göndəriş verilir: "2022-ci ilin yanvar-noyabr aylarında 149 179 vətəndaşa 183 877 göndəriş verilib. Göndəriş alan vətəndaşlar bu dövrdə müqaviləli tibb müəssisələrində 66 860 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 1 597-si uşaqlara, 65 263-ü isə böyüklərə göstərilib. Sözügedən tibbi xidmətlərdən 21 823-nü oftalmoloji əməliyyatlar, 18 268-ni ürək-damar əməliyyatları, 17 179-nu invaziv radiologiya xidmətləri, 2 702-ni urologiya, 2 443-nü neyrocərrahiyyə, 937-ni travmatologiya, 674-nü ümumi cərrahiyyə, 517-ni lor, 144-nü isə ginekologiya və doğuş üzrə aparılan əməliyyatlar təşkil edib. Digər sahələr üzrə icra olunan əməliyyatların sayı 693-dür. İcra olunan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 82 və 1 398 olub"
Xəbəri paylaş