Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun növbəti iclası keçirilib

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun növbəti iclası keçirilib


Dekabrın 20-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyevin sədrliyi ilə keçirilən iclasın gündəliyinin mövzuları haqqında məlumat verilib və videokonfrans açıq elan edilib. Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyevin giriş nitqindən sonra gündəliyə uyğun olaraq İşçi qrupu üzvlərinin çıxışlar dinlənilib, müzakirələr aparılıb.

Elektrik təchizatı şəbəkəsinə elektron qoşulmaların sayının artırılması ilə bağlı görülən işlərə və əldə edilən nəticələrə dair məlumat verilib. “E-sistem” istifadəçilərinin sayının daha da artırılması üçün planlar dəqiqləşdirilib.

Elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlar barəsində sahibkarlıq subyektləri arasında 2022-ci ilin 3-cü rübündə keçirilən sorğunun nəticələri nəzərdən keçirilib, 2-ci rübün nəticələri ilə müqayisə aparılıb və bu sahədə təkmilləşdirmələrin edilməsi üçün atılacaq addımlar müəyyənləşdirilib.

Kiçik və orta biznes subyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması proseduruna dair “Cultivating New Frontiers in Agriculture” şirkətinin müraciəti və təklifləri nəzərdən keçirilib.

Eyni zamanda, iclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində və İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti müzakirə edilib.

İclasda Energetika və İqtisadiyyat nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC, “Azərişıq” ASC, “Azərenerji” ASC və işçi qrupuna üzv olan özəl şirkətlərin nümayəndələri iştirak ediblər.

Sevinc
Xəbəri paylaş