Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni vandalizmi,erməni terroru bəşəriyyətin bəlasıdır

Erməni vandalizmi,erməni terroru bəşəriyyətin bəlasıdır


Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası haqlı mövqenin nümayişidir. Keçirilən aksiya bir çox mətləbləri açdı. Aksiya davam etdikcə erməni xisləti açılır, ermənilərin məkrli əməllərinin, cinayətlərinin siyahısı artır.

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov səsləndirib. O bildirib ki, Ermənistan vandal dövlət kimi insanlıga qarşı bütün vasitələrdən istifadə edir.Azərbaycana qarşı aparılan bu ekosiyasət faktlarla sübut olunur:

"Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarının dəfələrlə normadan artıqdır. Təəsüflər olsun ki, erməni cinayətlərinə,o cümlədən ekoterrorizmə dünya susqunluqla yanaşır".

Hakim partiya rəsmisi deyib ki, erməni cinayətlərinin beynəlxalq etirafı deyilənlərə tutarlı cavabdır. ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb:

"Ancaq həlki, heç bir ölçü götürülmür və cinayətlərin qarşısı alınmır".

Anar
Xəbəri paylaş