Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gec-tez bir çox ölkələrdə olduğu kimi Azərbaycanda din dərsi tədris olunacaq.

Gec-tez bir çox ölkələrdə olduğu kimi Azərbaycanda din dərsi tədris olunacaq.


Bir neçə gündür cəmiyyətdə orta məktəbdə şagirdlərə din haqqında məlumatların verilməsi ilə bağlı geniş müzakirə gedir. Qeyd edim ki, sözügedən müzakirə Azərbaycanda uzun müddətdir gedir. Burada bir məsələyə yenidən aydınlıq gətirirəm ki, burada söhbət orta məktəbdə dinin tədrisindən deyil, dinlər haqqında məlumatların verilməsindən gedir.

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, bu fənnin tədrisində əsas məqsəd gənclərə milli-mənəvi dəyərlərimiz haqqında məlumatların verilməsi və onların gələcəkdə zərərli təsirlərdən qorunmasıdır:

"Burada yeri gəlmişkən digər məsələyə də aydınlıq gətirməyi zəruri hesab edirəm. Nədənsə cəmiyyətdə belə fikir formalaşıb ki, Azərbaycan İlahiyyat İnstitutunda yalnız islam elmləri tədris olunur. Əslində isə İlahiyyat İnstitutnda tələbələrə digər dinlər də tədris olunur. Gələcəkdə orta məktəblərdə din haqqında bilgiləri Azərbaycan İlahiyyat İnstitutunun tələbələri verə bilərlər".

Millət vəkili qeyd edib ki, gec-tez bir çox ölkələrdə olduğu kimi Azərbaycanda bu fənn tədris olunacaq:

"Nə qədər gec deyil bu prosesə başlamalıyıq. İlkin mərhələdə bu fənnin tədrisinə pilot layihə şəklində də başlamaq olar. Təqdiim olunan videoda bu mövzudan ətraflı bəhs olunur".

Mehman
Xəbəri paylaş