Naxçıvanda, idarəçilikdə özünü faktiki ölkədən təcrid yolu ilə törədilən dövlətçiliyə zidd hallara qarşı Bakıdan, Mərkəzdən ciddi addımlar atılır. Bir sıra, "muxtar" səlahiyyətlər məhdudlaşdırılır.
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altayın qənaətincə, bölgədəki məmur özbaşınalığı və korrupsiyaya qarşı, dövlətin büdcəsinə, əhalinin mənafeyinə ziyan vurma əməllərinə qarşı son dövrlər güclü cəzalı tədbirlər görülür, məmur həbsləri aparılır:
"Bütün inzibati sistemdə xeyli dəyişikliklər gedir, hətta, bölgə rəhbəri, Vasif Talıbovun istefası ilə. Aydın olur ki, heç bizim güman da etmədiyimiz qədər, Naxçıvanda, bu illərdə qapalı və dövlətə ziyanlı, sıravi əhaliyə qarşı çox dözülməz haqsız ədalətsizlik tipli idarəetmə sistemi qurulubmuş. Və heç kim də proqnoz verməzdi ki, V. Talıbovu da əhatə edən islahetmələr baş verər, bölgədə".
İlqar Altayın sözlərinə görə, inam yaranır ki, dövlətçilik, qanunçuluğa riayət və haqq-ədalətin bərpası üzrə indi Naxcıvanda gedən bu proseslər ölkənin bütün bölgələri və idarəçilik sahələrini də, kəskin əhatə edəcəkdir:
"Ölkə müsbətə doğru kəskin dəyişməli, inkişafa mane olan idarəçilik, azad sahibkarlığı, əhalinin dolanışığını boğan inzibatçılıq halları bitməlidir. Xalq da cəmiyyət də bunu gözləyir, dəstəkləyir".
Mehman