Türkiyənin Kayseri şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda keçirilən görüşün nəticəsi olaraq üçtərəfli bəyanat imzalanıb.
Newscenter.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, üçtərəfli bəyanatın imzalanmasından sonra nazirlər birlikdə mətbuat konfransı keçiriblər.
Görüşün sonunda Hulusi Akar azərbaycanlı və gürcü həmkarlarına Osmanlı-Azərbaycan-Gürcüstan arasında 1918-ci ildə imzalanan tarixî anlaşmanın nüsxəsini hədiyə edib.
Mehman