Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev: "Ölkələrimizin nəqliyyat-logistika sahəsində böyük potensialı var"

İlham Əliyev: "Ölkələrimizin nəqliyyat-logistika sahəsində böyük potensialı var"


“Nəqliyyat-logistika sahəsində böyük potensial var".

Newscenter-az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

"Azərbaycan və Serbiyanın gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə, ilk növbədə, ticarət sahəsində bunun nəticəsi olacaq. Əldə edilmiş razılaşmaların icrası nəticəsində hələlik istənilən səviyyədə olmayan ticarət dövriyyəsi artacaq. Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Sevinc
Xəbəri paylaş