Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrana məxsus ərzaq daşıyan avtomobildə külli miqdarda narkotik vasitə aşkar edilib

İrana məxsus ərzaq daşıyan avtomobildə külli miqdarda narkotik vasitə aşkar edilib


Naxçıvan Baş Gömrük İdarəsinin Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitənin ölkəmizin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına qarışıq ərzaq malları aparan “DAF” markalı avtomobil saxlanılıb və əsaslı yoxlamaya cəlb olunub. Bu zaman kinoloji xidmət itinin reaksiyası nəticəsində, nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən 4 ədəd bağlama aşkarlanıb.

Bağlamalardan birində 15 ədəd, digər üç bağlamanın hər birində isə 18 ədəd olmaqla, ümumilikdə 69 ədəd bağlamada təmiz çəkisi 26 kq 350 qram narkotik vasitə - marixuana aşkar edilib.

Avtomobilin sürücüsünə məxsus gödəkcədən isə gömrük nəzarətindən gizlədilən, təmiz çəkisi 0,375 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.



Sevinc
Xəbəri paylaş