Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Korrupsiya və şəffaflıq” işçi qrupunun növbəti iclası keçiriləcək

“Korrupsiya və şəffaflıq” işçi qrupunun növbəti iclası keçiriləcək


Azərbaycan Respublikasında həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması yolu ilə iqtisadiyyatda dayanıqlı və sürətli inkişafa nail olunmasına istiqamətlənmişdir.

Aparılan islahatların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun 27 dekabr 2022-ci il tarixdə saat 15:00-da video-konfrans formatında növbəti iclası keçiriləcəkdir.

Newscenter.az xəbər verir ki, tədbirdə 2022-ci ildə işçi qrupunun üzvləri tərəfindən “Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərə dair görülmüş işlər, növbəti il üzrə qarşıda duran vəzifələr və işçi qrupun 2023-cü il üçün “Fəaliyyət Planı”nın tərtibi ilə bağlı müzakirələrin aparılması planlaşdırılır.

Qeyd edilməlidir ki, özəl sektor nümayəndələri görüşdə iştirak edərək iclasın gündəliyinə daxil olan məsələlər üzrə müvafiq təkliflər vermək imkanına malikdirlər.

Mehman
Xəbəri paylaş