Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvanda növbəti ƏMƏLİYYAT KEÇİRİLDİ

Naxçıvanda növbəti ƏMƏLİYYAT KEÇİRİLDİ


Dekabrın 21-də Naxçıvan Baş Gömrük İdarəsinin Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində “Şahtaxtı” gömrük postunda nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitənin aşkar edilməsi ilə bağlı hər iki qurum tərəfindən yayılan məlumatlarla əlaqədar bildiririk ki, Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəm narkotik vasitəsinin ekspertiza əsasında müəyyənləşdirilən xalis çəkisini, Dövlət Sərhəd Xidmətinin açıqladığı rəqəm isə narkotik vasitənin qablaşdırma ilə birlikdə çəkisini əks etdirir.

Newscenter.az xəbər verir ki, bu fikirlər Dövlət Gömrük Komitəsinin yaydığı açıqlamada əksini tapıb. Məlumatda bildirilib ki, avtomobilin sürücüsünə məxsus gödəkçədən tapılan, təmiz çəkisi 0,375 qram təşkil edən psixotrop maddə - metamfetamin isə gömrük əməkdaşlarının sürücünün üzərində apardığı şəxsi yoxlama zamanı aşkar olunub.

Mehman
Xəbəri paylaş